İrandan OPEC-ə təhdid

İran OPEC-in Əlcəzairdə keçiriləcək iclası zamanı ölkənin maraqlarına zidd olacaq istənilən qərara veto qoymaq niyyətindədir.

Bunu İranın neft naziri Bijan Namdar Zəngənı deyib.

Nazir həmçinin OPEC-in siyasətini tənqid edib. O bildirib ki, təşkilat Vaşinqtonla əməkdaşlıq nəticəsində yaranmış prosesin qurbanına çevrilir:

"Amerikalılar əmindir ki, bir sıra neft ixrac edən ölkələri cəlb edib OPEC-i əvəz edən qurum yarada biləcəklər".

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31