Bıçaqla silahlanmış qadın uşaq bağçasına hücum edib, yaralananlar var

Nyu-Yorkda uşaq bağçasına silahlı hücum edilib. 

Polisə hadisə ilə bağlı məlumat yerli vaxtla səhər saat 3.40-da daxil olub. 

Polisdən bildirilib ki, hadisəni törədən bıçaqla silahlanmış 52 yaşlı qadın özünə də xəsarət yetirib. O, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Hücum nəticəsində 5 nəfər, o cümlədən 3 uşaq yaralanıb. Həmçinin uşaq bağçasının bir əməkdaşı və valideynlərdən biri də xasarət alıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31