Hindistan İran neftini rupi ilə alacaq
21 Sentyabr 2018 14:35 DünyaHindistan milli valyutası rupi ilə İrandan neft almağa başlayacaq.
Hindistan ABŞ-ın sanksiyalarına cavab olaraq İran neftini öz milli valyutası ilə alacaq.
Hindistanın neft şirkətləri noyabr ayından etibarən İrandan idxal edəcəkləri neftin ödəmələrini Hindistandakı "United Commercial Bank" (UCO) və "IDBI Bank" vasitəsilə rupi ilə həyata keçirəcək.
Qeyd edək ki, ABŞ noyabrın 5-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31