Roma Papası Baltikyanı ölkələrin əhalisinə müraciət edib

Roma Papası Fransisk sentyabrın 22-də başlayacaq səfəri ərəfəsində Latviya, Litva və Estoniya əhalisinə müraciət ünvanlayıb.

Roma Papası müraciətində qeyd edib ki, onun səfəri Baltikyanı ölkələrin müstəqilliklərinin 100 illiyinin qeyd edildiyi dövrə təsadüf etdiyindən o, müstəqillik uğrunda həlak olanların xatirəsini də yad edəcək. O, həmçinin Latviya, Litva və Estoniya əhalisinin gələcəyə ümid və inamının möhkəmləndirilməsi üçün çalışacağını deyib.

Fransiskin Baltikyanı ölkələrə səfəri sentyabrın 22-də Litvadan başlayacaq. Daha sonra Latviyaya gələcək pontifik səfərinin sonunda, sentyabrın 25-də Estoniyaya gedəcək.

Azərtac

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31