İran XİN sözçüsü: “Donald Trampla görüş üçün heç vaxt xahiş etməmişik”
21 Sentyabr 2018 14:23 Dünya"İran tərəfi ABŞ Prezidenti Donald Trampla görüş üçün heç vaxt xahiş etməyib".
Bunu ölkə Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi deyib.
"Biz yenə təkrar edirik. İran Donad Trampla görüş üçün heç vaxt xahiş etməyib", - o vurğulayıb.
Qeyd edək ki, İran Prezdenti gələn həftə BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31