Britaniya Rusiyaya qarşı “hücum ordusu” qurur

Britaniya Rusiya ilə mübarizə üçün kiberdəstələr yaradacaq.

"Skay Nyus" televiziyası yeni bölmənin Müdafiə Nazirliyi və Hökumət Əlaqələri Mərkəzinin rəhbərliyi altında yaradılacağını bildirib. Yeni dəstədə təxminən 2000-ə yaxın mütəxəssisin yer alması nəzərdə tutulub.

Layihənin reallaşdırılması üçün 250 milyon funt xərclənəcək.

Kiberdəstələrin daha çox hücum xarakterli əməliyyatlarda iştirak edəcəyi iddia edilir.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31