Ermənistanın keçmiş prezidentləri parlamentin 100 illiyi tədbirinə qatılmayıblar
21 Sentyabr 2018 13:48 DünyaErmənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyan ölkə parlamentinin 100 illiyi münasibətilə keçirilən toplantıya qatılmayıblar.
Ölkənin baş naziri Nikol Paşinyan sabiq dövlət başçılarının hər üçünü mərasimə dəvət etsə də, onlar yubiley tədbirinə gəlməyiblər.
Toplantıda Ermənistan parlamentinin sədri Ara Babloyan, prezident Armen Sarkisyan, baş nazir Nikol Paşinyan və dünya ermənilərinin katolikosu II Qaregin çıxış edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31