"İran bizə hücumları dayandıra bilərdi, amma..." - ABŞ
21 Sentyabr 2018 12:59 Dünyaİran Yaxın Şərqdəki bütün konfliktlərə görə məsuliyyət daşıyır.
Bunu BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli deyib.
"Əgər Yaxın Şərqdə qeyri-stabillik mənbəyi olan bir ölkə varsa, bu, İsrail yox, İrandır. İran İraqda nəzarət etdiyi qruplardan amerikalılara qarşı hücum üçün istifadə edir. İki həftə əvvəl İranın dəstəklədiyi qruplar ABŞ-ın Bağdaddakı Səfirliyinə və Bəsrədəki Konsulluğun raketlərlə hücum ediblər. Biz bununla barışmayacağıq. İran bu hücumları dayandıra bilər, amma bunu etməyi özünə vacib bilmədi", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31