ABŞ Rusiyanın 33 vəzifəli şəxsini "qara siyahı"ya salıb
21 Sentyabr 2018 11:52 DünyaBirləşmiş Ştatlar cümə axşamı Rusiyanın müdafiə sənaye kompleksi ilə əlaqəli olan 33 vəzifəli şəxsini "qara siyahı"ya salıb.
Bunu jurnalistlərlə telefon söhbətində Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi deyib.
"ABŞ-ın dövlət katibi Maykl Pompeo CAATSA qanunu ("Sanksiyalar vasitəsi ilə Amerika düşmənlərinə müqavimət haqqında") çərçivəsində "Rusiyanın müdafiə və kəşfiyyat sektorunun maraqları üçün çalışan 33 nəfəri [qara siyahıya] əlavə edib", - deyə o bildirib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31