Venesuela kriptovalyutası oktyabrın 1-dən tətbiq olunacaq

Oktyabrın 1-dən etibarın "petro" kriptovalyutası beynəlxalq hesablaşmalarda istifadə olunacaq.

Bu barədə Venesuela Prezidenti Nikolas Maduro bildirib.

O, bir "petro"nun dəyərinin 60 dollar və ya 3,6 min yeni bolivar kimi təyin edib.

Xatırladaq ki, Venesuela fevralın 20-də neftlə təmin olunmuş "petro" kriptovalyutasını buraxıb. Bununla da ölkə neft ehtiyatları ilə dəstəklənən kriptovalyutası olan ilk ölkə kimi tarixə düşüb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31