Vyetnam prezidenti dünyasını dəyişib
21 Sentyabr 2018 11:16 DünyaVyetnam prezidenti Çan Day Kuanq dünyasını dəyişib.
Bu barədə xarici KİV xəbər yayıb.
Qeyd edək ki, 61 yaşlı Çan Day Kuanq 2016-cı ildən ölkə prezidenti idi.
O, 1976-cı ildə qurulan Vyetnam Sosialist Respublikasının sayca 8-ci dövlət başçısı olub. Karyerasına daxili işlər orqanlarında başlayıb. Sonra isə uzun müddət İctimai Təhlükəsizlik Nazirliyində çalışıb.
Fəlsəfə və hüquq elmləri doktoru olub.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31