ABŞ və Yaponiya yenidən danışıqlar masasına oturur - TİCARƏT
21 Sentyabr 2018 11:12 DünyaABŞ və Yaponiya arasında ticarət münasibətlərinə dair daha bir görüş keçiriləcək.
Yaponiyanın iqtisadiyyatın bərpası üzrə naziri Tosimitsu Moteqi və ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Robert Laytxazer arasında müzakirələr sentyabrın 24-də Nyu-Yorkda baş tutacaq.
Görüş barədə yaponiyalı nazir Tokioda mətbuat konfransında məlumat verib.
Nazir deyib: "Biz hər iki ölkə üçün faydalı ola biləcək nəticələrə nail olmaq üçün səylərimizi davam etdirmək niyyətindəyik".
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31