Yunanıstanda "Qərbi Nil" qızdırması yayıldı - 27 nəfər öldü
21 Sentyabr 2018 11:10 DünyaYunanıstanda yayılmış "Qərbi Nil" qızdırması nəticəsində artıq 27 nəfər dünyasını dəyişib. Bu barədə Xəstəliklərə nəzarət və profilaktikası Milli Mərkəzindən bildiriblər.
Məlumata görə, 183 xəstədə virus nəticəsində mərkəzi əsəb sisteminin pozulması halı müşahidə edilib. Avqustun 23-ə olan məlumata görə, 103 yoluxma halı olub ki, bunun da 11-i ölümlə nəticələnib.
Qeyd edək ki, ilk dəfə bu virus Yunanıstanda 2010-cu ildə tapılıb. 2010-2014-cü illərdə "Qərbi Nil" qızdırmasından Yunanıstanda 80 nəfər ölüb.
Qızdırma ağcaqanadlarla yayılır.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31