İspaniya hökuməti elektrik enerjisi istehsalına qoyulan vergini ləğv edəcək

İspaniyanın ekoloji dəyişikliklər naziri Teresa Ribera Deputatların Konqresində bildirib ki, hökumət 2012-ci ildə təsdiq edilmiş elektrik enerjisi istehsalına qoyulmuş 7 faizli vergini ləğv edəcək.

İcra hakimiyyətlərinin əsas məqsədlərindən biri son aylar kəskin şəkildə artan elektrik enerjisi üçün hesabların azaldılması olacaq. Nazirin sözlərinə görə, yaxın 6 ay ərzində enerji yoxsulluğuna qarşı mübarizə planı işlənib hazırlanacaq.

T.Ribera deyib ki, İspaniya enerjinin böyük hissəsini topdansatış bazarlarında əldə edən az sayda Avropa ölkələrindən biridir.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31