Baş nazir hakimiyyətdən sui-istifadəyə görə yenidən həbs edildi

Malayziyanın Antikorrupsiya Komissiyasının yaydığı məlumata görə, sabiq Baş nazir Hacib Razak hakimiyyətdən sui-istifadəyə görə yenidən həbs edilib.

Doqquz il hakimiyyətdə olmuş Nacib Razaka qarşı korrupsiya qalmaqalında dediyi yalan və digər ittihamlar irəli sürülüb.

Komissiya onun şəxsi hesabına köçürülmüş 2 milyard 600 milyon rinqit və ya 625 milyon dollar məbləğində vəsaiti aşkar edib. N.Razakın bu pulları hökumətə məxsus fonddan mənimsədiyi güman edilir.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31