Moldova parlamenti təxliyə olundu - Bomba xəbərdarlığı
20 Sentyabr 2018 17:59 DünyaMoldova parlamentinin əməkdaşları binaya bomba qoyulması barədə anonim zəngdən sonra təxliyə ediliblər.
Hazırda binanın ətrafının polislər tərəfindən mühasirəyə alındığı və içəridə minaxtaranların araşdırma apardığı bildirilir.
Qeyd edilir ki, bü gün üçün plenar iclas olmadığı üçün binada yalnız parlamentin əməkdaşları olub.
Oxşar hadisənin artıq Kişinyovda bir neçə dəfə təkrar olunduğu və bütün hallarda anonim zənglərdən sonra heç bir partladıcı aşkar edilmədiyi bildirilir.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31