KXDR və Cənubi Koreya arasında parlament təmsilçiləri səviyyəsində danışıqlar aparılacaq
20 Sentyabr 2018 16:42 DünyaKXDR və Cənubi Koreya arasında parlament təmsilçiləri səviyyəsində danışıqların ən yaxın vaxtda davam etdirilməsi üçün razılıq əldə olunub.
Bunu Cənubi Koreya prezidenti Mun Ce-in Pxenyandakı ikitərəfli zirvə görüşündən qayıtdıqdan sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, həmçinin yerli idarəetmə qurumları səviyyəsində də əlaqələri inkişaf etdirmək nəzərdə tutulur.
Qeyd edək ki, 18-20 sentyabrda Pxenyanda KXDR və Cənubi Koreya arasında sayca beşinci zirvə görüşü keçirilib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31