Mars planeti ilə rabitə kəsildi
20 Sentyabr 2018 16:08 DünyaMars planetini tədqiq edən "Curiosity" kosmik aparatında problem yaranıb.
Bu səbəbdən aparat topladığı məlumatları Yerə ötürə bilmir. Bu səbəbdən kəşfiyyat əməliyyatı təxirə salınıb.
Bu barədə məlumatı NASA layihəsinin əməkdaşı Aşvin Vasavada verib. O, bildirib ki, texniki problem səbəbindən kosmik robotun yaddaşındakı məlumatlar Yerə göndərilə bilmir. Bu səbəbdən əməliyyatlar təxirə salınıb.
NASA mütəxəssisləri problem həll edənə qədər "Curiosity"nin elmi qurğuları bağlanacaq.
Qeyd edək ki, "Curiosity" 2012-ci ilin avqust ayında Marsdakı Gale kraterinə enib. Robot 6 ildir davam edən kəşfiyyat işləri aparır.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31