Ukrayna Prezidentindən demokratik seçki vədi
20 Sentyabr 2018 15:54 DünyaUkrayna Prezidenti Petro Poroşenko ölkəsində demokratik və şəffaf seçkilərin keçiriləcəyini vəd edib.
Ali Radanın sentyabrın 20-də keçirilən iclasında ölkənin daxili və xarici siyasətinə dair illik hesabatı zamanı Ukrayna Prezidenti bildirib ki, növbəti il prezident seçkiləri 2014-cü və 2015-ci illərdə olduğu kimi şəffaf keçiriləcək. "Artıq martın 31-nə az qalıb. Mən bir Prezident kimi azad, demokratik və şəffaf parlament, prezident seçkilərinin keçiriləcəyinə qarant dururam", - deyə Ukrayna Prezidenti əlavə edib.
Ukrayna Prezidenti qeyd edib ki, bu müddətdə islahatlar davam etdiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31