Paşinyana şok: Sərkisyanın qardaşları Livan kazinosunda
20 Sentyabr 2018 15:30 DünyaSerj Sərkisyanın qardaşları Livanda kazinoda görüntülənibər.
Sabiq prezidentin qardaşları Saşik və Levon Sərkisyan Livanda "Cazino de Liban" adlı kazinodan çıxarkən, 2 erməni vətəndaşı tərəfindən müşahidə ediliblər.
Verilən məlumata görə, onları keçmiş dövlət müşaviri Arutyun Yerkanyan müşayiət edib.
Maraqlısı isə odur ki, Saşik və Levon Sarkisyanın Ermənistanda onlara qarşı açılan cinayət işi səbəbi ilə ölkəni tərk etməsi qadağan edilib.
Erməni vətəndaşları tərəfindən verilən bu məlumat ölkədə böyük ajiotaja səbəb olub. Faktla bağlı Ermənistan hökuməti hələ ki, heç bir açıqlama verməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31