İrandan BMT-yə: "İsraili nəzarət altına al"
20 Sentyabr 2018 15:25 Dünyaİran BMT-yə müraciət edərək İsrailin təhdid siyasətini qınamağını istəyib.
Bu barədə məlumatı İRİB televiziyası yayıb. Tehran BMT-yə yolladığı müraciətdə həmçinin Təl-Əvivin nüvə proqramının da nəzarət altına alınmasını istəyib.
Qeyd edək ki, BMT-yə müraciəti İranın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Qulam Əli Xoşrou ünvanlayıb. Məktub BMT Baş katibi Antonio Quterreşə göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31