"İl-20 Əsədə görə məhv oldu" - Liberman

Rusiyalıların öz təyyarələrini itirmələrindən sonra verdikləri reaksiyanı anlamaq olar.

Bunu "Qaley ÇAXAL" radiosuna müsahibəsində İsrail Müdafiə naziri Aviqdor Liberman deyib. Onun sözlərinə görə, İl-20 təyyarəsi İsrail hərbçilərinin yox, Suriya Hava Hücumundan Müdafiə sistemlərinin məsuliyyətsizliyi nəticəsində vurulub. O, Latakiyanın şərqinə hücumda iştirak edən İsrail təyyarələrinin Suriyanın S-200 sistemlərinin İl-20-ni vurduğu zaman İsrail hava məkanında olduğunu bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31