ABŞ məşhur alman şirkətini razı saldı: İrandan çıxır

ABŞ administrasiyası "Volksvagen" avtomobil şirkətini İranda bütün fəaliyyətini dayandırmağa inandıra bilib.

Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenella deyib. Onun sözlərinə görə, razılaşma çərşənbə axşamı əldə edilib:

"Şirkət ABŞ sanksiyalarına əməl edəcəyini bildirib. Biz bu qərardan razıyıq".

O, "Volksvagen"in bundan sonra da İranda humanitar xarakterli fəaliyyətlə məşğul ola biləcəyinə izn verildiyini bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31