"Bizim ölkədə savaş Rusiya və ABŞ arasında gedir" - Aymak
20 Sentyabr 2018 14:35 DünyaRusiya və ABŞ arasında Əfqanıstanla bağlı razılaşma bu ölkədə uzun müddət davam edən konfliktə nöqtə qoya bilər.
Bunu "RİA Novosti" agentliyinə açıqlamasında Əfqanıstan parlamentinin Daxili Təhlükəsizlik Komissiyasının üzvü Delavar Aymak deyib.
"Buna nail olmaq çox çətin olacaq, amma əgər ABŞ və Rusiya aralarında razılaşalar, Əfqanıstana sülh gələcək. Əfqanıstanda konfliktin bitməsi ABŞ-a sərfəli deyil. Belə ki, əgər Əfqanıstana sülh gəlsə, ABŞ-ın burada öz hərbi mövcudluğunu saxlamaq üçün bəhanəsi qalmayacaq. Amerikalılar buna imkan verməyəcəklər. Onların məqsədi Əfqanıstanda qalıb, buradan öz təsirlərini Mərkəzi Asiyanın digər ölkələrinə yaymaqdır. İlkin baxışda əfqanların döyüşdüyünü görürsünüz, amma əslində savaş ABŞ-la Rusiya arasında gedir", - deyə o bildirib.