Kreml Əsədin başsağlığına reaksiya vermədi
20 Sentyabr 2018 14:25 DünyaRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Suriya Prezidenti Bəşər Əsədin İl-20 insidenti ilə bağlı məktubundan razı qalıb-qalmamasıyla bağlı suala cavab verməkdən imtina edib.
Peskov jurnalistlərə cavabında Əsədin teleqramının yeni əldə etdiklərini bildirib. O həmçinin Rusiya Prezidenti Vladimir Putinlə Əsəd arasında telefon danışığının olub-olmayacağı ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
Qeyd edək ki, Əsəd dünən Vladimir Putinə başsağlığı məktubu göndərib.
Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31