"Hazırda Ukraynada çox böyük iqtisadi risklər mövcuddur" - Ukrayna Analitik Mərkəzinin rəhbəri
20 Sentyabr 2018 14:20 DünyaHazırda Ukraynada çox böyük iqtisadi risklər mövcuddur. Bu da valyuta bazarına təsir edir.
Bu fikri Ukrayna Analitik Mərkəzinin rəhbəri Aleksandr Oxrimenko deyib.
Onun sözlərinə görə, prezident seçkiləri zamanı biznes mühiti üçün problemlər yaranır. Ona görə də iş adamları bu zaman kəsiyində daha çox ABŞ dolları alıb yığacaqlar və seçkilərin nəticələrini gözləyəcəklər. Digər tərəfdən, siyasi risklər fonunda əhali də daha çox dollar almağa başlayır.
Ekspert hesab edir ki, seçkilər ərəfəsində Ukraynanın milli valyutasının bir dollara nisbətdə 32 qriven olması da mümkündür.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın sonunda keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31