Əfqanıstan hökuməti “Taliban”la dialoqa hazırdır

Əfqanıstan hökuməti "Taliban" terror qruplaşması ilə birbaşa dialoqa hazırdır. 

Bu barədə Əfqanıstan prezidentinin MDB ölkələri üzrə xüsusi nümayəndəsinin müavini Məhəmməd İbrahim Tamil məlumat verib. Onun sözlərinə görə hökumət "Taliban" hərəkatı ilə  danışıqlara Əfqanıstandakı mövcud konstitusiya çərçivəsində və heç bir ilkin şərtlər olmadan hazırdır: "Hökumət bəyan edib ki, danışıqlara hər zaman hazırdılar. Bizim heç bir ilkin şərtimiz yoxdur. "Taliban"la istənilən birbaşa dialoqa, görüşə hazırıq. Onların tələblərini dinləyib  bu barədə fikrimizi deyə bilərik".

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31