Kim Çen Indən maraqlı hədiyyə
20 Sentyabr 2018 13:49 DünyaKXDR lideri Kim Çen In Cənubi Koreya prezidenti Mun Çje İnə maraqlı hədiyyə edib.
Çen In həmkarına 2 ton delikates göbələk bağışlayıb. Bu barədə Cənubi Koreyanın Prezident Admnistrasiyasının nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, hədiyyə ölkə başçısının xanımı ilə birgə Şimali Koreyada səfəri davam etdirərkən göndərilib.
PA rəsmisinin sözlərinə görə, Mun Çje göbələkləri KXDR-də yaşayan, yaxınlarından ayrı düşən cənublu ailələr arasında bölüşdürməyi tapşırıb.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31