Ukraynalı nazirin əmlakına həbs qoyulub
20 Sentyabr 2018 13:45 DünyaKiyevin Solomenskiy rayon Məhkəməsi Ukraynanın infrastruktur naziri Vladimir Omelyanın əmlakına həbs qoyub. Bu barədə məhkəmənin mətbuat katibi məlumat yayıb.
Qeyd edək ki, Ukraynanın Milli Antikorrupsiya Bürosu sentyabrın 13-də Omelyanın qanunsuz zənginləşməsi barədə məlumat yayıb. Nazir isə bəyanatında ona qarşı irəli sürülən ittihamı təkzib edib və buna görə istefaya getməyəcəyini açıqlayıb.
Məhkəmə 5 milyon qriven girovla V.Omelyanın barəsində həbs qətimkan tədbirini dəyişdirib. Lakin ondan ölkəni tərk etməməsi tələb olunub.
SİA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31