Ermənistanda polis polkovniki işçilərin pul mükafatını mənimsəyib
20 Sentyabr 2018 13:12 DünyaErmənistanda polis polkovniki Vram Bejanyan tabeliyindəki işçilərin pul mükafatını mənimsəyib.
Faktla bağlı cinayət işi açılıb.
Belə ki, "Polis günü" münasibətilə Polis qoşunu hissəsinin 7 əməkdaşının hər birinə 200 dollara yaxın mükafat təyin olunub. V.Bejanyan həmin pulları mənimsəyib. Polis əməkdaşlarına isə mükafatın düzgün hesablanmadığını bildirib.
Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq, səlahiyyət həddini aşma maddələri üzrə ittiham irəli sürülüb.
Artıq V.Bejanyanın cinayət işinin istintaqı tamamlanaraq Armavir Vilayət Məhkəməsinə göndərilib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31