Türkiyə yeni iqtisadi proqramını açıqlayıb
Bir qədər əvvəl Türkiyə hökuməti ölkənin yeni iqtisadi proqramını açıqlayıb.
20 Sentyabr 2018 13:10 DünyaBir qədər əvvəl Türkiyə hökuməti ölkənin yeni iqtisadi proqramını açıqlayıb.
Proqramın detalları barədə xəzinə və maliyyə naziri Berat Albayrak məlumat verib.
Onun sözlərinə görə, 3 illik proqramda Türkiyə üzrə iqtisadi artım proqnozu azaldılıb, inflyasiya proqnozu isə artırılıb.
Belə ki, iqtisadi artım proqnozu 2018-ci il üçün 5,5%-dən 3,8%-ə, 2019-cu il üçün 5,5%-dən 2,3%-ə 2020-ci il üçün 5,5%-dən 3,5%-ə endirilib.
İnflyasiya proqnozu isə 2018-ci il üçün 7%-dən 20,8%-ə, 2019-cu il üçün 6%-dən 15,9%-ə 2020-ci il üçün isə 5%-dən 9,8%-ə yüksəldilib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31