Stokholmda ATIŞMA - Yaralılar var
20 Sentyabr 2018 12:49 DünyaStokholmun cənubunda Baqarmossen mikrorayonunda atışma baş verib.Atışma barədə xəbəri Stokholm polisinin Mətbuat xidməti təsdiq edib.
Məlumata görə, atışma nəticəsində iki nəfər ayağından yaralanıb. Daha bir nəfərin zərbələr aldığı qeyd edilir. Hər üç şəxsin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Polis atışma ilə bağlı artıq 7 nəfər şübhəlinin saxlanılması barədə xəbər yayıb.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31