Əsədin əliqanlı generalı reanimasiyaya yerləşdirildi
20 Sentyabr 2018 12:25 DünyaƏsəd rejiminin Hava Kəşfiyyat İdarəsinin rəhbəri general Cəmil Həsənin reanimasiyada olduğu iddia edilib.
Bu barədə "Zaman əl Vasl" nəşri adını açıqlamadığı mənbəyə istinadən informasiya yayıb.
Məlumata görə, general böyrək çatışmazlığı və qandakı şəkər miqdarının kəskin artması səbəbindən xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Cəmil Həsən Suriyada mülki insanlara qarşı qətliamlarda iştirak edən ən vacib fiqurlardan biri sayılır. Həsən həmçinin bir əsgər kimi 1982-ci il Xama qətliamında iştirakda da ittiham olunur. Eyni zamanda Avropa Birliyinin sanksiyalar siyahısına da daxil edilən Cəmil Həsən barəsində Almaniyada insanlığa qarşı cinayət törətmək maddəsi ilə həbs qərarı çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31