Hizbullahdan Ərdoğan-Putin razılaşmasına reaksiya
20 Sentyabr 2018 12:01 DünyaSuriya rəhbərliyinin tələbi davam etdikcə Suriyada qalacağıq.
Bunu Hizbullah lideri Həsən Nəsrullah bildirib.
İŞİD-in Suriyada məğlub olduğunu deyən Nəsrullah təşkilatın Misir və Yəmənə üz tutduğunu söyləyib. Bundan əlavə, Nəsrullah YPG-ni ABŞ-a güvənməməyə çağırıb.
Türkiyə və Rusiyanın İdliblə bağlı razılaşmasına da münasibət bildirən Nəsrullah əldə edilən sazişdən məmnun olduqlarını qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31