Abe daha 3 il müddətinə rəhbər seçildi
20 Sentyabr 2018 11:47 DünyaYaponiyanın Baş naziri Şinzo Abe üçüncü dəfə hakim Liberal Demokrat Partiyasının sədri seçilib.
Bununla da Abe yapon hökumətinin rəhbəri postunu əlində saxlamağa müvəffəq olub.
Səsvərmədə partiyanın 810 üzvü iştirak edib. Onun əsas rəqibi, əvvəllər də olduğu kimi, tanınmış yapon siyasətçi Siqeru İsiba olub. Abe səsvermə nəticəsində İsibadan (254) 2 dəfə artıq (553) səs toplamağı bacarıb.
Qeyd edək ki, Yaponiyada parlament seçkilərində qalib gələn partiyanın sədri baş nazir postuna sahib olur. Partiya sədri 3 illik müddətə seçilir. Bu isə Şinzo Abenin 2021-ci ildə keçiriləcək parlament seçkilərinə qədər Yaponiyaya rəhbərlik etməyə davam edəcəyi anlamına gəlir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31