Paşinyan həyat yoldaşını rəqibi ilə Peterburqa göndərdi

Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Rusiyaya gedib.

"Qraparak" qəzeti Anna Akopyanın Rusiyanın Sankt-Peterburq şəhərinə Avrasiya Qadın Forumunda iştirak üçün getdiyini yazıb. Onu foruma Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko dəvət edib.

Maraqlıdır ki, Sankt-Peterburqa Akopyanla bərabər Ermənistan parlamentinin vitse-spikeri Arpine Ovanisyan da gedib. Hökumət adından forumda çıxışı məhz Ovanisyanın edəcəyi gözlənilir.

Qeyd edək ki, Ovanisyan Respublikaçılar Partiyasının üzvüdür.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31