Əsəd "İl-20" təyyarəsinin qəzası ilə bağlı Putinə başsağlığı verib

Suriya Prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinə ərəb ölkəsi ərazisində Rusiyaya məxsus "İl-20" tipli təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı teleqramı ünvanlayıb.

Bu barədə teleqramın mətnində deyilir.

"Suriya xalqı adından Rusiyaya məxsus "İl-20" tipli hərbi gəminin Aralıq dənizi sularında qəzaya uğraması ilə bağlı dərin hüznlə başsağlığı verirəm", - mətndə qeyd olunur.

O həmçinin ümid etdiyini bildirib ki, faciə Rusiya və Suriyanın terrorçuluqla mübarizəsini yarımçıq qoymayacaq.

Bununla belə, Əsəd təyyarənin qəzaya uğramasını "İsrailin təkəbbürlülüyü"nün nəticəsi adlandırıb.

Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, "İl-20" Suriya RƏM sistemi tərəfindən İsrail HHQ pilotlarının Rusiya təyyarəsi arxasında gizlənməsi səbəbindən vurulub.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31