Yaponiyada 60 mln. dollar dəyərində kriptovalyuta oğurlanıb
20 Sentyabr 2018 11:22 DünyaYaponiyanın onlayn rejimdə fəaliyyət göstərən "Tech Bureau Corp" birjasından bitkoin də daxil olmaqla müxtəlif kriptovalyutalar oğurlanıb.
Oğurluğun dəyəri 6,7 mlrd. yapon yen (təxminən 60 mln. ABŞ dolları) təşkil edib.
Hadisə sentyabrın 14-də baş versə də, birja işçiləri bundan 4 gün sonra xəbər tutublar. 2 saat ərzində oğurlanmış kriptovalyutaların 40 mln. dollarlıq hissəsi müştərilərin birjada depozit kimi saxladığı vəsaitləri olub.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31