"WoodMac": ABŞ dünyanın ən böyük ixracatçısı ola bilər
20 Sentyabr 2018 11:21 Dünya"Wood Mackenzie" konsaltinq şirkətinin proqnozlarına görə, ABŞ 2035-ci ilə qədər mayeləşdirilmiş təbii qazın (LNG) ən böyük ixracatçısı ola bilər.
Bu barədə "Gastech" konfransda çıxışı zamanı "Wood Mackenzie" şirkətinin ABŞ qaz bazarının araşdırma rəhbəri Kristi Kramer bildirib.
Proqnozlara görə, 2035-ci ilədək ABŞ-ın ixrac etdiyi maye qaz həcmi ildə 140 milyon tondan çox olacaq.
"Hesab edirik ki, ABŞ-da LNG-nin "ikinci dalğası" yaşanacaq, ixrac həcmi 140 milyon tondan çox olacaq. Bu isə Qətər (100 milyon ton) və Avstraliyanın (80 milyon ton) proqnozlaşdırılan ixrac həcmindən xeyli çoxdur", - K.Kramer deyib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31