Filippində torpaq sürüşməsi - 100 nəfər dağıntılar altında qalıb

Filippində torpaq sürüşməsi baş verib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət Sebu əyalətinin Naqa şəhərində olub. Yerli polisin məlumatına görə, sürüşmə zamanı aralarında 4 yaşlı uşaq olmaqla, 4 nəfər ölüb, 100 nəfərin dağıntıların altında qaldığı güman edilir. 

Sürüşməyə güclü yağışların səbəb olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31