ATƏT DTİHB Gürcüstana 400-ə yaxın müşahidəçi göndərəcək

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidə missiyası oktyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərini izləmək üçün 378 müşahidəçi göndərəcək.

Bu barədə ATƏT DTİHB-nin müşahidə missiyasının rəhbəri Qert-Henrix Arens Gürcüstan xarici işlər nazirinin müavini Xatuna Totladze ilə bu gün keçirilən görüşdə məlumat verilib. Bildirilib ki, müşahidəçilərin 28-i uzunmüddətli, 350-si isə qısamüddətli statusa malik olacaq. Bu, ATƏT DTİHB tərəfindən göndərilən sayca ən böyük müşahidə missiyası olacaq.

Görüşdə, həmçinin ATƏT DTİHB-nin müşahidə missiyasının fəaliyyət istiqamətləri, Gürcüstanda seçkiqabağı vəziyyət, ikitərəfli və regional əməkdaşlığın perspektivləri müzakirə olunub.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31