Uşaqlar üsyan etdi - "Mənimlə oynayın, telefonla yox!"
19 Sentyabr 2018 17:04 DünyaHamburqda maraqlı hadisə baş verib.
Olaylar.az xəbər verir ki, 7 yaşındakı Emil Rustige, mobil telefonunu əlindən salmayan valideynlərinə qarşı, "Mənimlə oynayın, telefonunla yox" adı ilə yürüş keçirib.
7 yaşlı Emilin yürüşünə 150 uşaq qatılıb.
Rustige yürüş keçirməsinin səbəbini belə açıqlayıb: "Parkda yoldaşlarımla oynamaq istəyirdim ancaq icazə vermədilər. İcazə vermədikləri üçün atamla oynamaq istədim amma o davamlı olaraq telefonu ilə oynayırdı"
Alman polisi isə, uşaqların ətrafında geniş təhlükəsizlik tədbirləri alaraq onların yürüşünü ciddi qəbul etdiklərini söyləyib.
Beləliklə ilk dəfə Almaniyada bir uşaq yürüş təşkil edərək, valideynlərin mobil telefonuyla oynamaq yerinə uşaqlarıyla daha yaxından maraqlanıb vaxt ayırmaları mövzusunda xəbərdarlıq etdi.