O da Paşinyandan imtina edir: İrəvan tək qalır...
19 Sentyabr 2018 16:51 DünyaErmənistan Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ konfliktinin həllində təzadlı bəyanatlar verir və addımlar atır.
Bunu "168 Jam" qəzetinə açıqlamasında erməniyönlü rusiyalı politoloq Stanislav Tarasov deyib.
"Hakimiyyətə gəldikdən sonra Paşinyan Dağlıq Qarabağı danışıqlar prosesində iştirak etməli olan tərəf, Ermənistanı isə iştirak etməli olmayan tərəf elan etdi. Lakin bundan sonrakı proses əvvəlki məntiq çərçivəsində davam etdi. Belə ki, Mnatsakanyan-Məmmədyarov görüşü əvvəlki formatda baş tutdu. Görünür, Paşinyan hələ də öz regional təhlükəsizlik siyasəti ilə bağlı axtarış aparır", - o bildirib.
O, həmçinin KTMT-nin Ermənistanı müdafiəsi ilə bağlı məsələyə də toxunub. Tarasovun fikrincə, KTMT rəhbəri Yuri Xaçaturovun təqibindən sonra təşkilatın imicinə ciddi zərbə vurulub və buna görə də indiki halda onun İrəvanın yardım tələbinə cavab verəcəyini söyləmək çox çətindir.