Castinlə Heylinin toy xəbəri təsdiqləndi
19 Sentyabr 2018 16:44 DünyaAmerikalı aktyor Alek Bolduin qardaşı qızı Heyli Bolduinin pop ulduz Castin Biberlə evləndiyini təsdiqləyib.
60 yaşlı ulduz cütlüyün toy xəbərinin doğru olduğunu söyləyib:"Gedib özləri evləndi, detalları bilmirəm"
Qeyd edək ki, bir neçə həftə bundan əvvəl modellə müğənninin nikah bağlanması barədə xəbər yayılmış, Heyli instaqram səhifəsində məlumatın yalan olduğunu demişdi.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31