Maduro regional təşkilatın baş katibini "zibil" adlandırdı
19 Sentyabr 2018 16:20 DünyaVenesuela prezidenti Nikolas Maduro Amerika Dövlətləri Təşkilatının baş katibi Luis Almaqronu zibil adlandırıb.
Maduro Karakasda keçirdiyi mətbuat konfransında Almaqronun yerinin tarixin zibiliyində olduğunu bəyan edib.
"Venesuela bunu kimi zibili özünə hörmət etməyə məcbur edə biləcək kişilərin və qadınların ölkəsidir. Əgər siz deyirsiniz ki, Venesuelaya hücum etmək lazımdır, silahınızı hazırlayın. Biz burada sizi gözləyirik", - deyə o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31