Slovakiyada tank qəzası, ABŞ hərbçiləri yaralandılar
19 Sentyabr 2018 15:14 DünyaSlovakiyada keçirilən hərbi təlimlər zamanı qəza baş verib.
Beynəlxalq "Slovatskiy şit - 2018" təlimi zamanı ABŞ-a məxsus "Abrams" tankı aşıb. Bu barədə Slovakiya MN-nin nümayəndəsi Danka Çapakova məlumat verib. Onun sözlərinə görə, hadisə zamanı biri qadın olmaqla 3 ABŞ hərbçisi xəsarət alıb. Onlardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir.
Çapakova onu da qeyd edib ki, qəzanın araşdırılması ilkin mərhələdədir və yaralılar Slovakiya hərbçisi olmadıqlarına görə insidentlə bağlı hazırda ətraflı məlumat vermək mümkün deyil.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31