Ermənistanda korrupsiyaya dair cinayət işində adı hallananların ABŞ vizaları ləğv olunub
19 Sentyabr 2018 15:03 DünyaABŞ-ın Ermənistandakı səfirliyi yerli hüquq mühafizə qurumlarının apardığı 1 mart hadisələri ilə bağlı cinayət işində adı hallanan bir sıra şəxslərin vizalarını ləğv edib.
Ermənistanda son hakimiyyət dəyişikliyindən sonra istər əvvəlki iqtidarın, istərsə də kriminal aləmin nümayəndələri həm ölkə daxilində, həm də xaricdə çətin vəziyyətə düşüblər: "Onların bir çoxu hüquq mühafizə orqanlarının doqqət mərkəzinə düşməmək üçün xaricə getməyi üstün tuturlar. Hətta bəziləri çox rahat şəkildə ABŞ-da məskən salıb".
Qəzet yazır ki, vizaları ləğv edilənlər həm 1 mart cinayət işi ilə bağlı olanlar, həm də ümumiyyətlə, korrupsiya əməlləri ilə ifşa olunan şəxslərdir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31