Çanaqqala savaşından qalan partlamamış top mərmisi tapılıb
19 Sentyabr 2018 14:44 DünyaÇanaqqala bölgəsinin Eceabat rayonundakı Seddülbahir qalasında aparılan bərpa işləri zamanı daha bir 130 millimetrlik partlamamış top mərmisi aşkar olunub.
Ətrafdakı insanlar evakuasiya olunandan sonra mərmi minaaxtaranlar tərəfindən zərərsizləşdirilib. Ehtimal olunur ki, mərmi Çanaqqala savaşından qalıb. Bildirilir ki, bu vaxta qədər həmin ərazidən Osmanlı ordusuna məxsus Almaniya istehsalı olan 205 millimetrlik 23 mərmi aşkarlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31