Mayk Tayson Daşkənddə lüks yaşayış binası alıb
19 Sentyabr 2018 14:26 DünyaMəşhur amerikalı boksçu, keçmiş dünya çempionu Mayk Tayson Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq iş mərkəzində tikilməkdə olan çoxmənzilli yaşayış binasının sahibi olub.
Bu barədə beynəlxalq iş mərkəzinin rəhbərliyindən məlumat veriblər.
"Gardens Residence" yaşayış kompleksi 8 hektar ərazini əhatə edəcək.
Qeyd olunur ki, yaşayış kompleksi 9 premium sinifli binadan ibarət olacaq. 1138 mənzildən ibarət yaşayış kompleksinin 2019-cu ilin sonu-2020-ci ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31