Londonda İslam Mərkəzinin qarşısında naməlum şəxs maşını kütlənin üzərinə sürüb

Londonun qərbindəki Oksgeyt Leyn səmtində yerləşən İslam Mərkəzinin yaxınlığında ötən gecə  naməlum sürücü avtomobilini piyadaların üzərinə sürüb. 

Hadisə nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Hadisə yerindən avtomobillə uzaqlaşan sürücü polis tərəfindən axtarılır. 

Şahidlərin sözlərinə görə, avtomobildəki şəxslər hadisə vaxtı islam əleyhinə şüarlar səsləndiriblər.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31